22 İyun 19:51
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Gürcüstan - Çexiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, gürcüstanlı qapıçı Georgi Mamardaşvili qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

Qolkiper 11 dəfə komandasını qoldan xilas edib.

Qeyd edək ki, görüş heç-heçə yekunlaşıb - 1:1.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər