Ermənistan Azərbaycana sərhəddə atəşkəsin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizmin yaradılması barədə təklif göndərib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bəyanatında deyilir.
“Ermənistanın baş nazirinin iyunun 15-də verdiyi bəyanatın davamı kimi İrəvan hökumətinin gərginliyin qarşısını almağa sadiq olduğuna əsaslanaraq, Ermənistan diplomatik kanallar vasitəsilə Azərbaycana təklif edib ki, atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaradılsın", - bəyanatda deyilir.
Bəyanatda Ermənistan Respublikasının baş nazirinin aparatının sözügedən mexanizmin həyata keçirilməsinə başlamağı təklif etdiyi vurğulanıb.