15 İyun 19:15
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin dünən Xarici İşlər Nazirliyinin iclasında dolayı yolla Ermənistana xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr Prezident Putinin Avrasiya materikindəki durumla bağlı son mesajlarına diqqət çəkir:

“Rusiya lideri Avrasiya regionunda yeni təhlükəsizlik strukturuna ehtiyacın olduğunu açıqlayıb:

“Hesab edirəm ki, Avrasiyada kollektiv təhlükəsizliyin iki və çoxtərəfli təminatlarının yeni sistemi ilə bağlı geniş müzakirələrə başlamağın vaxtı çatıb və gələcəkdə məsələni Avrasiya regionunda xarici dövlətlərin hərbi mövcudluğunun tədricən dayandırılması istiqamətində aparılmalıdır”.

Putin qeyd edib ki, bu təhlükəsizlik sistemi bütün Avrasiya, hətta NATO-nun Avropa ölkələri üçün də açıq olmalıdır.

Rusiya prezidentinin açıqlaması Ermənistana da aiddir. Xarici güclərin hərbi mövcudluğu dedikdə, Moskva Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasını nəzərdə tutur. Moskva bununla bağlı dəfələrlə öz mənfi rəyini bildirib və AB missiyasını Rusiya, Azərbaycan və İrana qarşı casusluqda ittiham edib.

Əslində, Putin dolayı yolla Ermənistana xəbərdarlıq edir ki, siz ya bu tərəfdəsiniz, ya da o yanda. Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev də oxşar xəbərdarlıq edərək bəyan etdi ki, Qərb Ermənistanı AB-yə dəvət etmək fikrində deyil.

Medvedev söylədi ki, Ermənistanı Avro-Atlantik düşərgəyə çəkmək üçün bölgədə qüvvələr yerləşdirilib”.


Müəllif: Mənsur Rəğbətoğlu