Ermənistan Belarusla diplomatik münasibətləri dönməz şəkildə pozmaq niyyətindədir.
Teleqraf.com xəbər ki, bunu erməni jurnalist Meri Yeranosyan deyib.
Jurnalist Belarusla münasibətləri korlayan Baş nazir Nikol Paşinyanın məqsədlərinə diqqət çəkib:
“Paşinyan bir neçə gün əvvəl gözlənilmədən bəyan etmişdi ki, Aleksandr Lukaşenko Belarus prezidenti olduğu müddətdə bundan sonra nə o, nə də ölkənin başqa rəsmi nümayəndəsi Minskə səfər edəcək.
Paşinyanın açıqlaması Lukaşenkonun bəyanatından düz bir ay sonra verilib. Nikolun bir ay ərzində nə düşündüyü məlum deyil, o da naməlumdur ki, niyə məhz indi Lukaşenkoya cavab vermək qərarına gəlib.
Ermənistan XİN dünən diplomatik çərçivədən kənara çıxaraq, demək olar ki, Belarusu təhqir edib. XİN sözçüsü bildirib ki, İrəvan Ermənistanın daxili işlərinə qarışması ilə bağlı Belarusa nota verib. Sözçü dolayısı ilə Belarus və liderinin iradəsi özündə olmayan ölkə və dövlət başçısı və bu haqda danışmağın israfçılıq olduğunu söyləyib.
Əsasən İrəvan Minskə geri addım atmaq fikrində olmadığını, münasibətləri sona qədər korlayacağını göstərir.
Əlbəttə, Lukaşenko mütləq reaksiya verəcək, bəlkə də bu, Nikol Paşinyanın arzuladığı ssenaridir. Rusiyanı yoldan çıxara bilməyən Paşinyan indi Lukaşenkonu yoldan çıxarmağa çalışır və bu yolla təkcə KTMT yox, digər inteqrasiya birliklərindən də çıxmaq üçün ilkin şərtlər yaradır”.