Ermənistanda daxili ictimai-siyasi sabitliyi pozmaqla məşğul olan müxalifət nümayəndələrinə qarşı tədbirlər görülür.
Teleqraf.com xəbər verir ki, hüquq mühafizə orqanları "Daşnaksütyun” partiyasının 20-yə yaxın üzvünü saxlayıb.
“Daşnaksütyun” partiyasının ali orqanının üzvü Qerasim Vardanyan iyunun 15-də Ermənistan İstintaq Komitəsinə dəvət olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Saxlanılan daha bir nəfər üç aylıq həbs cəzasına məhkum edilib.
Saxlanılanlar arasında 3 qadın da var.