19 İyun 16:28
4 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalistlər mətbuat konfransında Ermənistan baş naziri olmaq arzusunda olan keşiş Baqrat Qalastanyandan “Xalq birliyi” Partiyasının sədri, revanşist hərəkatın liderlərindən biri Suren Petrosyanın harada olduğunu soruşublar.

Teleqraf.com-un məlumatına görə, Qalstanyan suala cavab olaraq bildirib ki, Petrosyanla sonuncu dəfə iyunun 13-də axşam saatlarında görüşüb, o zaman ölkəni bir neçə günə tərk etməli olduğunu öyrənib.

"Geri dönərkən Surenə nə baş verdiyi ilə bağlı çoxlu suallarımız var, bu yolla gedəcəyik, ya yox, qərar verək", - müxalifətin baş nazir namizədi bildirib.

"Haykakan Jamanak" Petrosyanın Moskvaya getdiyini yazır. Mətbuat katibi Petrosyanın iyunun 18-də qayıtmalı olduğunu desə də, hələ də geri dönməyib. Petrosyanın Rusiyanın paytaxtına nə üçün getdiyi bəlli deyil. Ermənistan hökumətinə yaxın mənbələr Petrosyanın Moskvadan yeni tapşırıq və təlimatlarla qayıdacağını iddia edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər