24 İyun 14:35
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında bir qrup hərbçinin səngər qazdığı yerdə çəkilmiş videosunu dərc edib.

Teleqraf.com xəbər verir ki, baş nazir videodakı hərbçilərin hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvü olduqlarını və görüntünün 2016-cı ildə çəkildiyini yazıb.

Paşinyan parlamentin sonuncu sual-cavab sessiyasında müzakirə olunan məsələyə, yəni keçmiş hakimiyyətin Qarabağ məsələsi ilə bağlı xalqa yalan dediyinə işarə edərək, onlar üçün Qarabağ məsələsinin yalnız hökumətlərini saxlamaq üçün lazım olduğunu vurğulayıb.

Baş nazirin dediyinə görə, 2016-cı ildə “Vətəndaş Müqaviləsi” üzvləri vəzifələrə gedəndə mühüm postlarda vəziyyət acınacaqlı olub.

Paşinyan videogörüntünün üstündə bunları qeyd edib:

“Dünən Kotayk vilayətində mənə hədiyyə olaraq, 2016-cı ildə “Vətəndaş Müqaviləsi”nin üzvü olmayan bir şəxs tərəfindən çəkilmiş belə bir video gəldi. Bu, “Vətəndaş Müqaviləsi” qrupunun səngər qazması epizodu ilə bağlıdır.

Əlbəttə, videoda heyətin bütün üzvləri görünmür, əksəriyyəti bu gün yüksək vəzifəli şəxslərdir: nazirlər, digər icra strukturlarının rəhbərləri, deputatlar, icma rəhbərləri və sair”.

Ermənistan baş naziri videonun hansı istiqamətdə çəkildiyini açıqlamayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər