28 İyun 11:17
14 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Ermənistandakı səfiri Mehdi Sübhani növbəti dəfə bu ölkəni Azərbaycana qarşı dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, İrəvanda jurnalistlərin suallarını cavablandıran səfir yenə təxribatçı və skandal fikirləri ilə diqqət çəkib.

Sübhani bildirib ki, bu gün İranda keçirilən prezident seçkisinin nəticəsindən asılı olmayaraq, molla rejiminin Ermənistan siyasəti dəyişməyəcək.

Təxribatçı diplomat yenə də ad çəkmədən Azərbaycana qarşı “Ermənistan sərhədinin dəyişdirilməsi” hədyanına baş vurub və bu zaman Xameneyidən sitat gətirib:

“Ermənistanla bağlı siyasətimiz çox prinsipialdır. Hakimiyyətə gələn hökumətlər həmin siyasət çərçivəsində hərəkət edirlər. İranın Ermənistana qarşı prinsipial siyasəti İran inqilabının lideri (Əli Xameneyi) tərəfindən dilə gətirilib, bu, İranda baş nazirlə (Nikol Paşinyan) görüşdə də vurğulanıb. Biz Ermənistanın ərazi bütövlüyünə hörmət edirik və onu dəstəkləyirik. Beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi, eləcə də istənilən geosiyasi dəyişikliyin əleyhinəyik”.

Sübhaniyə “Azərbaycanın Ermənistana mümkün müdaxiləsi halında İranın reaksiyası necə olacaq” şəklində təxribatçı sual ünvanlanıb.

İranlı səfir suala elə təxribatçı tonda da cavab verib. Sübhani aşkar şəkildə ölkəsinin Azərbaycana qarşı Ermənistana hərbi dəstək verməyə və bu yöndə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

“Əgər söhbət sülh dialoqundan gedirsə, (Azərbaycan – red.) təhdid dilində danışmamalıdırlar. Ermənistanla əməkdaşlığımızın formasına gəlincə, bu, Ermənistan hökumətindən asılıdır. Qarşılıqlı anlayışlara əsaslanaraq hazır olduğumuzu bildirmişik, iki ölkəmizin maraqlarına nə uyğun olacaqsa, Ermənistanla bütün sahələrdə əməkdaşlığa hazırıq”, - səfir bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər