27 İyun 16:27
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva bu gün günorta saatlarında vəfat edib.

Bu haqda Teleqraf.com-a Arif Quliyevin oğlu Rövşən Quliyev məlumat verib: "Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda, qardaşım Fəridin yanında torpağa tapşırdıq".

Qeyd edək ki, Gülzar Quliyeva uzun zaman idi qaraciyər sirrozundan əziyyət çəkirdi. Aktyorub xanımı bir müddət əvvəl "Semaşko" xəstəxanasına da yerləşdirilmişdi.


Müəllif: Rəqsanə Həsənova