28 İyun 12:43
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəfərimizdən sonra misilsiz dinc quruculuqda fəal iştirak edən, onu qoruyan Azərbaycan Hüquqi Mühafizə Orqanlarını ləkələmək üçün cinayətkar bir şəxsin Şüvəlanda qətlə yetirdiyi üç polisin üzərindən dövlətimizə qarşı hibrid savaş aparılır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Zahid Oruc deyib.

O bildirib ki, Vətən müharibəsində Milli Qəhrəman zirvəsinə ucalan, dövlətçiliyin qurulmasında Ulu öndərin peşəkarlıq və rəşadət məktəbini keçən polis sisteminə qarşı son 3 gündə informasiya terroru daha da intensivləşib:

"Halbuki, demokratik Qərbdə polis rəftarının qlobal miqyaslı etiraz aksiyalarınna səbəb olduğu, aşırı güc tətbiqi ilə bağlı Amnesti İnternationalın ayrıca hesabatları hamıya məlumdur. Lakin son hadisə ətrafında səfərbər olunan qüvvələrin açıq şəkildə dövlətimizə verdikləri mesaj on illər ərzində aparılan anti-Azərbaycan siyasətinin davamıdır. İlk növbədə, onlar demək istəyir ki, sərhədlər bağlı olsa da, sabitliyi poza bilərlər. Hadisənin xronologiyası, zaman seçimi Müsəlman Birliyi Hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırzadənin ad günündə - 23-dən 24-nə keçən gecə, səhər saat 4-də törədilməsi, özünü “Zəmanəsinin Xomeynisi” sayan şəxsin gec-tez gələcəyinə işarələr edilməsi siyasi təqvimlə işləyən radikal Hüseynçi qüvvələrin, ölkəmizə düşmən olan dairələrin “istənilən anda müdaxilə edərik” mesajı məkrli bir siyasətin aparıldığını göstərir. Göründüyü kimi, yaddaşımızı təzələyənlər “Şüvəlanı-yeni Nardaran”a çevirməyə çalışmaqla bir vaxtlar dini müqavimət məkanına çevirdikləri bir kəndin yaddaşını oyatdıqlarını, onu yaşatdıqlarını nümayiş etdirirlər.

Bakı kəndləri amili işə salmaqla, din, namus-qeyrət mental kodunu istismar etməyə cəhd etməklə, hakimiyyət qarşı əllərindən çıxan yerli əhali amilini təzədən dirçəltmək istəyirlər. Məhz Şüvəlanın, Birinci vitse-prezidentin bir vaxtlar təsmilçisi olduğu rayonun adını hallandırmaq, ləkələməyə çalışmaqla, Paşa holdinqin məsələyə bağlılığı iddiasını irəli sürməklə hansı avantürst planlara əl atıldğı aşkar görünür. Məqsəd Vətən müharibəsindən sonra Prezident və birinci xanımın yüksələn nüfuzuna kölgə salmaqdır. “Şüvəlan-Gəncə paralellərini” yaratmaq, Gəncə hadisəsini xatırlatmaq, 2018-ci illərdə təxminən eyni vaxtda-3 iyulda baş verən terror aktını xatırlatmaq, biz varıq, hər yerdəyik çağırışları 44 gündə məğlub olan qüvvələrin daxildə cəbhə açmağa fürsət axtardılarını göstərirlər. Ona dünən Söyüdlü kəndindəydilər, bu gün Şüvələnda, sabah digər ərazilərdə toqquşma ocağı yaradıb ondan yararlanmaq istəyəcəklər. Polislərin qatilinin “Rövşən Allahverdiyevin-Yunis Səfərov” adlandırılması, paralellərin aparılması da deyilənlərə sübutdur. Lakin işğal dövründə olduğundan daha artıq, indi Azərbaycan polisi dövlətin qoruyucusu və qurucusu olaraq, qalacaq. Biz hüquq-mühafizə orqanlarına qarşı aparılan kampaniyanı dövləti zəiflətmək planı sayaraq, onu qətiyyətlə pisləyirik”.


Müəllif: Tapdıq Qurbanlı