28 İyun 11:58
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Boeing"in "Starliner" kosmik gəmisinin Yerə qayıtması növbəti dəfə təxirə salınıb.

Teleqraf.com xarici KİV-lərə istinadla xəbər verir ki, kosmik gəmi iyunun 5-də başlayan sınaq missiyasını tamamlayıb iyunun 14-də geri dönməli idi.

Məlumata görə, kosmik gəminin Yerə qayıda bilməmisinin səbəbi texniki nasazlıqla əlaqədardır. "Boeing" və NASA yaranan problemləri aradan qaldıracaqlarını və iyunun 22-də gəminin geri dönəcəyini vəd etsələr də, onun qayıtma tarixi yenə təxirə salınıb.

Bildirilir ki, NASA-nın uçuş zamanı manevr etmək üçün istifadə edilən kapsulun yanacaq sistemlərindəki problemlərini təhlil etmək üçün daha çox vaxta ehtiyacı var. Kosmik gəminin 28 itələyicisindən beşi kosmik stansiyaya yaxınlaşarkən sıradan çıxıb.

NASA və "Boeing"in meydana gələn texniki nasazlıqları aradan qaldırmaq səyləri davam etdiyi əsnada astronavtlar təxminən üç həftədir Beynəlxalq Kosmik Stansiyada gözləyirlər.


Müəllif: Arzu

Oxşar xəbərlər