Arxiyepiskop Baqrat Qalstanyan Qarakilsə sakinləri ilə görüş keçirir.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, onu Gorusda şəhərin meri Aruş Aruşanyan qarşılayıb.
Daha əvvəl isə keşiş Şurnuxu kəndində və Tatev monastırında olub.
Qeyd edək ki, arxiyepiskop üçüncü gündür ki, Zəngəzurdadır. Dünən o, Nerkin And, David Bek icmalarını, daha sonra isə Kapan şəhərində olub.
Dünən səhər tezdən arxiyepiskop Qaregin Njdenin məzarını ziyarət etmək üçün Xustup dağına çıxıb.
Sakinlərlə görüşlərdə o, mübarizəsindən geri çəkilməyəcəyini bildirib.