Ermənistan Rusiya lideri Vladimir Putinin təsirindən uzaqlaşaraq Qərbə yaxınlaşmağa çalışır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanda səfərdə olan amerikalı konqresmen Co Vilson deyib.
“Ermənistan bizim üçün regionda mühüm tərəfdaşdır. Biz regional mənzərənin dəyişməsini, Cənubi Qafqazdakı çağırışları, Putinin təsirindən uzaqlaşmağa və Qərbə yaxınlaşmağa çalışan Ermənistanın son addımlarını görmüşük. Ermənistanın müstəqil xarici siyasət yürütmək istəyi Rusiyanın SSRİ-ni bərpa etmək ambisiyalarına qarşı çıxmaq baxımından, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməklə Ermənistanın xarici təzyiqlərə davamlı olmasını təmin edə bilərik. Bu, qarşılıqlı fayda gətirəcək. Ermənistan ABŞ üçün çox vacib tərəfdaşdır”, - konqresmen bildirib.