16 Avqust 13:49
8 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron sentyabrın 21-də, müstəqillik günündə Ermənistana gələcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd”a Fransadakı erməni diasporundan məlumat verilib.

Hazırda tərəflər arasında Fransa liderinin səfərinin təfərrüatları müzakirə olunur.

Nəşr hesab edir ki, Makron bu addımla (Azərbaycana qarşı) Ermənistanın tərəfində olduğunu göstərmək istəyir.

2021-ci il iyunun 1-də Ermənistan Baş naziri Nikol Paşinyan Parisə səfəri zamanı Fransa prezidentini ölkəsinə səfərə dəvət etmişdi. Görüşdə Paşinyan həmin ilin payızında Makronu İrəvanda gözlədiyini desə də, səfər baş tutmamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər