13 Sentyabr 00:24
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin dövlət katibi Antoni Blinkenlə İrəvan və Bakı arasındakı sülh prosesini müzakirə edib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, Nikol Paşinyanla Antoni Blinken arasında telefon danışığı olub. Söhbət zamanı Ermənistan və Azərbaycan arasında sülh prosesi ilə bağlı məsələlər, o cümlədən Ermənistan – ABŞ ikitərəfli gündəliyi müzakirə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər