Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iki bəyanatı dəstəkləməkdən imtina edib.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki , bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib .
Onun sözlərinə görə, İrəvan “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında” və “Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi haqqında” bəyanatlara qoşulmayıb.