Berlində Ermənistan Müdafiə Nazirliyinin idarə rəisi Levon Ayvazyanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi Almaniya ilə müdafiə məsləhətləşmələri keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın hərbi qurumundan məlumat verilib.
Almaniya Federal Müdafiə Nazirliyində keçirilən toplantıda beynəlxalq və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Müzakirələr nəticəsində 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı razılaşdırılıb. Proqramda təcrübə mübadiləsi, təhsil və kadr hazırlığı, eləcə də qarşılıqlı maraq doğuran bir sıra istiqamətlər üzrə onlarla hərbi fəaliyyət nəzərdə tutulub.