12 Oktyabr 13:10
1 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 16-dan Avropa Birliyinə (AB) üzvlüklə bağlı referendumun keçirilməsi məqsədilə imza toplayan parlamentdənkənar siyasi qüvvələr nəticələrdən razı deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.

Erməni nəşri yazır ki, indiyədək tələb olunan 50 min imzanın təxminən 33 mini toplanıb:

“Gözləntilər bundan əvvəl daha yüksək idi. Nəzərə alsaq ki, imzatoplama təkcə İrəvan yox, digər şəhərlərində də keçirilir, yumşaq desək, durum ümidverici deyil. Həmçinin toplanılsa və parlament tərəfindən rədd edilsə, eyni komanda növbəti dəfə 300 minə yaxın imza toplamalı olacaq. Bu, ciddi problemdir”.

“Ermənistanın AB-yə daxil olması prosesinə başlamaq haqqında” qanun layihəsinin parlamentə çıxarılması üçün təşəbbüskar siyasi qüvvələr noyabrın 14-dək 50 min imza toplamalıdır. Əgər bu layihə parlamentə çatsa və rədd edilsə, o zaman parlamentin təsdiqi olmadan referendumun keçirilməsi üçün bu dəfə 60 gün ərzində 300 min vətəndaşin imzası toplanmalıdır.

“Yeri gəlmişkən, parlamentdə rədd edilmə ehtimalı yüksəkdir. Çünki Nikol Paşinyan artıq açıq şəkildə bəyan edib ki, AB-yə üzvlük üçün referendum keçirməyə ehtiyac görmür, çünki xalqın fikrini bilir. Komanda yoldaşları ilə qapalı görüşdə də Paşinyan Ermənistanda belə bir referendumun keçirilə bilməyəcəyini söyləyib”, - məlumatda qeyd olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər