26 İyun 2014 17:31
2 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəsiyyətnamədə "eşşəyin sahibini tap, gümüş ver" ifadələri yazılıb

Türkiyədə arxeoloqlar qədim dövrə məxsus çox maraqlı, unikal bir tapıntı əldə ediblər. Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, Anadolu ərazisində tarixin ən qədim vəsiyyətnaməsi tapılıb. Vəsiyyətnamə vaxtilə asurluların yaşadığı və Anadolunun yazı ilə tanış olduğu ilk məkanda - Kayserinin Kültəpə bölgəsində aparılan qazıntılar zamanı tapılıb.

Bu ərazidə 68 ildir ki, arxeoloji qazıntılar aparılır. Kültəpədə son qazıntılar zamanı aşkara çıxarılan vəsiyyətin ən azı, 4 min illik olduğu təyin edilib. Vəsiyyət, eyni zamanda, bir məzardan çıxan ilk döymə yazısı kimi unikal abidə sayıla bilər.

Üzərində də bir atanın oğuluna xitabı olan vəsiyyətin mətni də maraq doğurur. Ankara Universiteti Arxeologiya bölməsinin müəllimi professor Fikri Kulakoğlu, vəsiyyətdə tam olaraq "Bu məktubu oxuduğun zaman bu eşşəyin sahibinə get. Eşşəyin sahibinə 1/3 mina gümüş ver." yazıldığını qeyd edib. Beləliklə, dünyanın ən qədim vəsiyyətində ata oğlundan borcunu ödəməsini istəyir.

Vəsiyyətnamə və qazıntılar zamanı Kültəpədə aşkara çıxarılan digər əsərlər, UNESCO-nun Dünya Yaddaş Siyahısında qeydə alınacaq.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər