Müğənni Röya Ayxan da Türkiyədə keçirilən "Demokratiya və Şəhidlər" mitinqinə qatılıb.
Teleqraf.com musavat.com-a istinadən xəbər verir ki, müğənni mitinqin baş tutacağı əraziyə yola düşmədən öncə "Sabah" qəzetinin əməkdaşlarına açıqlama verib.
Röyanın açıqlama verdiyi video görüntülər "Twitter"də yayımlanıb. O bildirib ki, mitinqə Azərbaycanın adından qatılacaq:
"Bu gün türklər birlik göstərir. Çox sevinirəm ki, vətənim adından burda iştirak edirəm. Hər kəsə uğurlar arzulayıram. Sözünüz daim keçərli, yumruğunuz dəyərli olsun. Biz sizi çox sevirik".