9 Avqust 2016 10:14
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Türkiyəyə müayinəyə aparılan Vaqif Bayatlının ürək və beyin əməliyyatı olunacağı barədə xəbər yayılmışdı.

Lakin şairin ailəsi bu informasiyanı təkzib edib.

Vaqif Bayatlının həyat yoldaşı Tamam xanımın modern.az-a dediyinə görə, Türkiyənin Memorial xəstəxanasında şairlə bağlı başqa qərar verilib.

Vaqif Bayatlı Memorial xəstəxanasına Azərbaycandan professor Adil Qeybullanın müşayiəti ilə aparılıb.

"Dünən oradakı kardioloq və beyin cərrahları Adil Qeybulla da daxil olmaqla konsilium keçiriblər. Qərara alınıb ki, şair əməliyyat olunmasın. Vaqif müəllim Azərbaycanda hələ tətbiq olunmayan bir üsulla bir həftə müalicə aldıqdan sonra həftəsonu Bakıya qayıdacaq", - deyə Tamam Bayatlı bildirib.


Müəllif:

Oxşar xəbərlər