25 Avqust 2016 15:30
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov 30 aprel 2009-cu ildə "Gülüstan" sarayında Fətullah Gülən şəbəkəsinin əsas təşkilatlarından biri olan “Dialoq Avrasiya Platforması” (DAP) və eyni təyinatlı "Dialoq Avrasiya" jurnalının Azərbaycanda 10-cu ildönümü münasibətilə "İslam mədəniyyəti və müasir dünyada dialoq" mövzusunda keçirdiyi tədbirdəki fəaliyyətini ciddi tənqid edib.


Publika.az xəbər verir ki, PA rəsmisi B.Həsənov bu gün Mətbuat Şurasında keçirilən “Dini radikalizmə qarşı medianın rolu: Media və radikal dini cərəyanlar” mövzusunda “dəyirmi masa”-da çıxışı zamanı deyib ki, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Gülən şəbəkəsinin qeyri-səmimi niyyətlərini hələ 2009-cu ildə ifşa edib:


“Hələ 2009-cu ildə “Dialoq Avrasiya” təşkilatının Bakıda təşkil etdiyi tədbirdə hörmətli Əli müəllim Həsənov Fətullah Gülən tərəfdarlarının fəaliyyətinə toxunaraq, onların düzgün yolda olmadığını söyləyib. Həmin tədbirdə əgər iki ölkə arasında dialoqdan söhbət gedirdisə, ilk növbədə bu dövlətlərin qurucuları olan Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyevin portretlərini tədbir keçirilən məkanda asılmalı və iki ölkə xalqının münasibətlərini qabartmaq lazım idi. O zaman hörmətli Əli müəllim Azərbaycan dövlətinin rəsmi mövqeyini bəyan etmişdi. Hesab edirəm ki, bu cür zərəli dini meyillərə qarşı media da ayıq-sayıq olmaldır”.


Vasif Həsənli


Müəllif:

Oxşar xəbərlər