21 Sentyabr 2016 10:59
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Azərbaycanda maliyyə, iqtisadiyyat və məhkəmə hakimiyyəti sahələrində məqsədyönlü yardım vasitəsilə Azərbaycana iqtisadiyyatın şaxələndirilməsinə dəstəyi davam etdirməyi nəzərdə tutan yardım paketini açıqlayıb.

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, 13.5 milyon avro miqdarında fond əsas hökumət idarələrini yardımla təmin edərək kiçik və orta biznesin rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi, həmçinin biznes mühitinin yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayacaq.

Texniki Əməkdaşlıq İmkanı proqramı kiçik və orta biznesin rəqabət qabiliyyətinin və ixrac fəaliyyətlərinin artırılması və nəticə etibarilə ölkənin qeyri-neft ÜDM artımı və iş yerləri açmaq imkanını yüksəltməyi hədəf götürəcək. O, müəssisələrin müasirləşməsini, həmçinin tənzimləyici və operativ mühiti dəstəkləyəcək. Proqram bacarıqların və sahibkarlığın gələcək inkişafı, maliyyə və beynəlmiləlləşdirməyə keçid üçün səriştənin yaradılmasını diqqət mərkəzində saxlayacaq.

Bu təşəbbüs həmçinin mübahisələrin alternativ həlli yolları təqdim edəcək, bu da öz növbəsində biznes mühitinin inkişafına töhfə verəcək. Bundan əlavə, vətəndaşlar, xüsusilə müdafiəsiz qruplar ondan birbaşa yararlanacaq.

Bununla yanaşı, proqram Azərbaycandakı əsas maliyyə institutlarının dövlət xərcləri və gəlir yığımının səmərəliliyinin inkişafını, beləliklə, ən yaxşı Aİ təcrübə və standartlarına uyğun olaraq məsuliyyəti artıraraq dəstəkləyəcək.

Bu ikitərəfli yardım paketi Aİ və Azərbaycanın bir neçə əməkdaşlıq sahəsində irəliləmək istəyini təsdiqləyir və yeni ikitərəfli sazişin gələcək müzakirələrini dəstəkləyəcək.

Məlumatda o da bildirilir ki, Azərbaycan ötən on il ərzində yoxsulluğun azaldılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə edərək iqtisadiyyatda güclü inkişaf əldə edib. Bu nailiyyətə baxmayaraq, xüsusilə neftlə zəngin paytaxt aqlomerasiyası və ölkənin qalan hissələri arasında, daha ümumi qaydada isə şəhər mərkəzləri və kənd əraziləri arasında nəzərəçarpan fərqlər qalmaqdadır. İqtisadiyyatın şaxələndirilməsi hökumətin əsas prioriteti, həmçinin İqtisadi Qonşuluq Siyasətinin (ENP) icmalının vurğuladığı qonşuluqda iqtisadi bərpa gücünü təmin edən əsas sahədir.

Maliyyə aparıcı maliyyə və əməkdaşlıq aləti olan Avropa Qonşuluq Alətindən (ENI) gəlir, onun vasitəsilə də maliyyə Azərbaycan da daxil olmaqla, İqtisadi Qonşuluq Siyasəti (ENP) ölkələrinə verilir.

Aİ-nın Azərbaycana cari proqram müddəti 2014-2017-ci illər üçün yardımının əsas mərkəzi Vahid Dəstək Çərçivəsində göstərildiyi kimi üç sektoru - təhsil, regionların və kənd yerlərinin inkişafı və ədliyyə sahəsini əhatə edir.


Müəllif:

Oxşar xəbərlər