İstanbulda “Reina” əyləncə mərkəzində 39 nəfərin ölümü ilə nəticələnən terror aktını törətməkdə şübhəli bilinən şəxsə oxşadığı üçün saxlanılan Qırğızıstan vətəndaşı Yəhya Maşrapov bir saata yaxın polisdə ifadə verib.
O, Türkiyədə törədilən terror aktı ilə heç bir əlaqəsi olmadığını bildirib.
Qeyd edək ki, İstanbulda “Reina” gecə klubunda baş verən terakt zamanı 39 nəfər həlak olub.