Prezident sərərcamı ilə nəqliyyat naziri vəzifəsindən azad olunmuş Ziya Məmmədov mətbuata qısa açıqlama verib.
Teleqraf.com musavat.com-a istinadla bildirir ki, sabiq nazir deyib: “Hazırda evimdəyəm. Aydın olan nəsə haqqında nə danışım? Artıq heç bir fikir bildirməyə ehtiyac yoxdur. Mən artıq nazir deyiləm, adi vətəndaşam. Siz jurnalistlərə də hörmətim var. Artıq nazir olmadığım üçün danışası da bir şey yoxdur”.