9 Mart 2017 15:07
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Bakı-Sumqayıt yolunda 5 nəfərin öümünə səbəb olan qəza zamanı yaralananlara baş çəkib.

İcra başçısı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gələrək qəza nəticəsində yaralanan tələbələrin vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, bu gün Bakı-Sumqayıt yolunda qəza baş verib. Baş vermiş qəza nəticəsində 5 nəfər həlak olub. Üç nəfərə ambulator köməyi göstərilib, iki nəfər 1 nömrəli Klinik Tibbi Mərkəzə, 15 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, daha üç nəfər Xırdalan xəstəxanasına yerləşdirilib.//sumqayitxeber.com


Müəllif:

Oxşar xəbərlər