“Martın 9-u səhər saatlarında Bakı-Sumqayıt yolunda baş vermiş qəzada yaralanan və Sumqayıt Şəhər Xəstəxanasında müalicə alan 2 tələblə Bakıdakı Kliniki Tibbi Mərkəzə köçürülüb”.
Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, qəzada yaralanan tələbələrdən hazırda 9-u xəstəxanada müalicələrini davam etdirir: “Sumqayıt Şəhər Xəstəxanasında 5 tələbə müayinə olunur. Həmin xəstəxanada müalicə olunan 2 tələbə Kliniki Tibbi Mərkəzə köçürülüb. Üz-çənə hissələrində əməliyyat olunacaq. Mərkəzdə yaralı tələbələrin sayı 4 nəfərdir. Vəziyyətləri stabildir”.
Qeyd edək ki, qəza nəticəsində 6 tələbə dünyasını dəyişib.
İlhamə ƏBÜLFƏT