Neft yenidən bahlaşmağa başlayıb.
Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,39% artaraq 49,10 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,48% artaraq 51,87 dollar olub.
Ekspertlər bahalaşmanı OPEK-ə üzv ölkələrin neft hasilatını azaltmaq barədə sazişin müddətinin uzadılmasını dəstəkləyəcəyi barədə xəbərlə əsaslnadırırlar.