6 İyul 2017 11:46
4 957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünəndən bütün media və sosial şəbəkələr ermənilərin öldürdüyü 2 yaşlı Zəhradan danışır. Jurnalist Şahin Sərdarlının başlatdığı “I`am Zahra” - “Hamımız Zəhrayıq” kampaniyası sayəsində bütün feysbuk Zəhranın fotosuna bürünüb.

Teleqraf.com xəbər verir ki, tanınmış simalardan tutmuş sıravi istifadəçilərə qədər bir çox insanlar öz profil şəklini Zəhranın fotosu ilə əvəz ediblər.

Qeyd edək ki, 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı iyulun 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinə atəş açması nəticəsində həlak olub.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər