Teleqraf.com xəbər verir ki, bu sözləri instaqram hesabında müğənni Gülay Zeynallının həyat yoldaşı, tanınmış idman məşqçisi Kamil Zeynallı yazıb. O, ürəyinin sızladığına görə bura gəldiyini bildirib:
“Mən qız atasıyam. Zəhranın atası kimi… Bu dərdi ən çox valideyn olan şəxslər anlayar. And olsun yaradana ürəyim sızlayıb deyə gəlmişəm. Mənə “Özünü reklam edir” deyənlərə bir sözüm var: Mən sadəcə Azərbaycan vətəndaşı olaraq, öz borcumu yerinə yetirməyə gəlmişəm. Bu öz içimdən gələn valideyn duyğusudur. Şoubiznesin 70 faizi Füzulidəndir. Niyə heç kim Füzuliyə gəlib Zəhranın qəbrini ziyarət etmir?...”