10 Sentyabr 2017 11:44
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrma” qasırğası ABŞ-ın Florida ştatının cənub sahillərinə çatıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, dünən axşam saatlarında sürəti saatda 120 kilometrə çatan külək və leysan yağışla müşayiət olunan qasırğa Florida-Kis arxipelağında 200 min evin elektrik enerjisi təchizatından mərhum qalmasına səbəb olub.

Bu gün Floridanı vuracaq qasırğa ilə əlaqədar 6,3 milyon insanın təxliyyə edilməsi göstərişi verilib. Bu, ştat əhalisinin 30 faizidir. “İrma” qasırğası Kubanı keçdikdən sonra 5 baldan 4 bal gücünə ensə də, qasırğanın yenidən güclənərək 5 bal səviyyəsinə çatacağı gözlənilir. Qasırğanın Floridanın qərb sahillərində daha ciddi dağıntılara səbəb olacağı gözlənilir. Bəzi rayonlarda dalğaların hündürlüyü 4,5 metrə çatıb.
"İrma" qasırğasının Birləşmiş Ştatların sahilinə bu gün, günortaya yaxın çatacağı gözlənilir.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər