Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Ankarada apardıqları danışıqlar zamanı Suriya və İraqın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O, kürdlərin keçirdiyi referendumun "böyük səhv" olduğunu deyib.
"Bu gün Suriya və İraqı müzakirə etdik. Bu fikrə gəldik ki, Suriya və İraqın ərazi bütövlüyünün saxlanılması vacibdir. Referendum tam qanunsuzdur. Şimali İraq rəhbərliyi böyük səhvə yol verdi. Heç kimi haqqı yoxdur ki bölgəni qaynar nğqtəyə çevirsin", - Ərdoğan deyib.