7 Dekabr 2017 11:40
1 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın Qüds qərarına sərt reaksiya göstərib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ərdoğan Yunanıstan səfərindən əvvəl Əsənboğa hava limanında jurnalistlərə açıqlama verib:

“Qüds müsəlmanların, xristianların və yəhudilərin ibadət yeridir. Müsəlmanların ilk qibləgahıdır. Bizim ilk qibləmiz Əl-Əqsa məscididir. Belə bir addım atmaq bölgəyə od vurmaq kimidir. Ey Tramp, sən nə etmək istəyirsən? Siyasi liderlər qarışdırmaq üçün deyil, barışdırmaq üçün lazımdırlar. Cənab Trampın bu addımı gərginliyi artırmağa yönəlib. Dekabrın 13-də İƏT-in İstanbul toplantısını keçirəcəyik. Bundabn başqa, bir çox telefon danışıqları həyata keçirəcəm”.

Qeyd edək ki, Tramp dünən canlı yayım zamanı Qüdsü İsrail paytaxtı kimi rəsmən tanıdığını elan edib.


Müəllif: Samir

Oxşar xəbərlər