Ukraynanın “Nyuvan” telekanalının canlı yayımında maraqlı səsvermə keçirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səsvermə zamanı izləyicilərə Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç rejiminin qayıtması ilə bağlı sual təqdim olunub.
İzləyicilərin 92 faizi Yanukoviçin lehinə səs verib. 8 faiz isə hazırki Prezident Petro Poroşenkonu dəstəkləyib. Sorğuda 50 minə yaxın insan iştirak edib.