Avqustun 1-dən 2-nə keçən gecə erməni diversiyasının qarşısını alarkən həlak olan gizir Əliyev Pərvin Səlahəddin oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.
Medal şəhidin azyaşlı övladı Riyada verilib. Cəbhənin Ağdam rayonunuda həlak olmuş şəhidin oğlu medalı alarkən “Təki vətən sağ olsun!” deyib. Bu sözlər mükafatı təqdim edən komandiri və orada iştirak edənləri göz yaşlarına boğub.
Xatırladaq ki, cəbhənin Ağdam rayonunuda şəhid olmuş Əliyev Pərvin Biləsuvar rayonunun Nərman kənd sakini idi.
xəzərxəbər