5 Avqust 2014 11:46
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada yaşayan azərbaycanlılar son günlər Azərbaycanın işğal olunmuş torpaqlarındakı təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatdan ciddi narahat olduqlarını bildiriblər

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyevin imzası ilə beynəlxalq təşkilatlara müraciət ünvanlanıb.

Müraciətdə Ukraynada yaşayan azərbaycanlılar beynəlxalq təşkilatlardan Ermənistanın silahlı qüvvələrinin təmas xəttində insan tələfatına səbəb olan təxribatları ilə əlaqədar ciddi ölçü götürülməsinin vacibliyi qeyd olunub.

Müraciətdə həmçinin deyilir ki, son günlər baş verən hadisələr xüsusilə də, Ermənistan tərəfindən 1994-cü ildə əldə olunmuş atəşkəs razılığının pozulması insan tələfatına, xüsusilə dinc sakinlərin öldürülməsinə səbəb olmaqdadır.
Ukrayna azərbaycanlıları münaqişənin artıq davam etməsinin yolverilməz olduğunu bildirərək, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində də göstərildiyi kimi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün beynəlxalq ictimaiyyəti təxirəsalınmaz tədbirlər görməyə, təcavüzkara qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin müraciətində bildirilir ki, bütün beynəlxalq təşkilatlar- BMT, Avropa İttifaqı, Avropa Şurası, xüsusən də ATƏT işğal olunmuş Dağlıq Qarabağın və ətraf rayonların azad olunması barədə qəbul edilmiş qətnamələrinin yerinə yetirilməsi üçün konkret addımlar atmalıdır. "Ukrayna azərbaycanlıları Azərbaycan dövlətinin regionda sülhün təmin olunmasına yönəlmiş siyasətini dəstəkləyir, münaqişənin dinc yolla həll olunmasının, yüksək səviyyədə razılığın əldə edilməsinin tərəfdarıdır"- deyə müraciətdə qeyd olunub.


Müəllif:

Oxşar xəbərlər