PKK terror təşkilatının Suriya qolu YPG işğal altındakı Afrindən Hatay vilayətinin Reyhanlı şəhərinə dördüncü raket atıb.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Reyhanlı bələdiyyəsinin rəhbəri Hüseyn Şanverdi hücum nəticəsində bir suriyalının öldüyünü, 32 yaralı olduğunu deyib. Onun sözlərinə görə, gün ərzində 4-ü ağır olmaqla ümumilikdə 37 nəfər yaralanıb.
Reyhanlıya gündüz saatlarında atılan 3 raketdən sonra saat 18:15 radələrində daha bir raket atılıb. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını cəlb edilib.