5 Avqust 2014 15:29
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Leyborist Partiyasının ölkə parlamentdəki üzvü Jerri Satklif (Gerri Sutkliffe) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış duruma şərh verib

Azərbaycan-Avropa Cəmiyyətindən verilən məlumata görə, britaniyalı deputat qeyd edib ki, son günlər münaqişə zonasında Azərbaycan Silahlı Qüvvələrinin 13 hərbçisi həlak olub, 2 azərbaycanlı mülki şəxs isə qanunsuz olaraq həbs edilib.

O, bildirib ki, Azərbaycana məxsus olan ərazilər qaytarılmalı və 1 milyona yaxın azərbaycanlı məcburi köçkünə öz evlərinə geri dönmək üçün imkan verilməlidir: "Mən Azərbaycanda səfərdə olan zaman məcburi köçkünlərin məskunlaşdığı düşərgələrə baş çəkib onların şəraiti ilə yaxından tanış olmuşam. Azərbaycan hökumətinin məcburi köçkünlər üçün rahat yaşayış şəraiti yaratmaq üçün səy göstərdiyi zaman yenə də bu insanların ən böyük arzusu öz evlərinə qayıtmaqdır. Ermənistan buna dair öz öhdəlikləri ilə bağlı ölçü götürməli və yol verdiyi beynəlxalq hüquq pozuntularına son qoymalıdır".

Məlumat üçün bildirək ki, Jerri Satklif sonuncu leyboristlər hokumətində davamlı və nəzərəçarpan siyasi karyera qurmağa müvəffəq olub. O, ədliyyə və idman naziri olmaqla yanaşı, Ticarət və Sənaye Departamentində yüksək vəzifələrdə çalışıb.

trend


Müəllif:

Oxşar xəbərlər