PKK terror təşkilatının Suriya qolu sayılan PYD/YPG silahlılarının komandirləri Prezident Bəşər Əsəd rejiminin nümayəndələri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Röyter agentliyi məlumat yayıb.
Görüş zamanı tərəflər Türkiyə Silahlı Qüvvələrinə qarşı ittifaq məsələsində razılığa gəliblər. Razılığa əsasən, Əsəd PYD-yə ordu dəstəyi verməsə də, digər bölgələrdəki terrorçuların Afrinə keçməsinə imkan yaradacaq.