NATO-nun baş katibi Anders Foq Rassmusen avqustun 7-də Ukraynaya səfər edəcək
Bu barədə Ukraynanın NATO-dakı səfiri İqor Dolqov açıqlama verib.
“NATO baş katibinin avqustun 7-də Kiyevə planlaşdırılan səfəri sentyabrda Uelsdə baş tutacaq zirvə toplantısına hazırlıq üçün məhsuldar və əhəmiyyətli olacaq. Rassmusenin Ukrayna liderləri ilə görüşləri gözlənilir Bu görüşlərdə sentyabra planlaşdırılan sammitlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin baş katib Ukraynadakı mövcud vəziyyətlə tanış olacaq, ölkənin NATO ilə əməkdaşlıq prespektivləri ilə bağlı imkanları öyrənəcək”, - deyə İ. Dolqov bildirib.
Səfirin sözlərinə görə, baş katibin Ukrayna səfəri bir neçə saat davam edəcək.
/APA/