Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Belarusun paytaxtı Minskə səfərə gedib.
Teleqraf.com Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, belaruslu həmkarı, general-leytenant Andrey Ravkovun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Azərbaycanın müdafiə nazirinin Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşləri planlaşdırılır.
Bundan əlavə, Z. əsənovun Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət etməsi də nəzərdə tutulub.