Xocalı, kiçik amma anlamı və amalı böyük olan bir isimdir. Bu ad səslənən kimi, şüuraltı olaraq, hər kəsin gözü onundə soyuq fevral faciəsi canlanır. Ana fəryadı, ata harayı, körpə iniltisi. Bəli Xocalı tarixi düşmənçiliyin ən böyük faciəsi, bəşər tarixində törədilən ən böyük soyqırımı sayılır. Ermənilərin torpaq iddiaları və türklərə, azərbaycanlılara bəslədiyi 100 illiklərin kini idi Xocalı...Xocalı Qarabağın zəbti üçün ən strateji məntəqələrdən sayılırdı.
Amma Xocalıya faciyə soyqırımı ilə yanaşı igidlik və mərdlik nümunəsi kimi də baxmalıyıq. Çünki son günə kimi ölümü gözə alan əhalı öz evini tərk etmədi.
O gecəni göz yaşları ilə xatırlayan Validə Rzayeva kəndi, evini son tərk edən Xocalı sakinlərindən olub. O, əli tüfəngli, sinəsi qumbaralı ölümün gözünə dik baxıb.
“Mən onda ayaqyalın çıxmışdım. Evə qayıdıb ayaqqabı geyinib, 5-6 qumbaranı belimə bağladım ki, əsir düşsəm, özümü partladım. Bir dənə də yoldaşımın tüfəngini götürdüm”.
Validə Rzayevaohəyat yoldaşı Felmar ermənilər üçün arzuolunmaz insan sayıldığını deyib:
"İstər Xocalı, istərsə də ətraf rayonlarda ermənilərə dəfərlərlə ağır zərbələr endirdiyinə görə, onlar mərhum həyat yoldaşımın başına külli miqdarda bəxşiş (1 kilo qızıl, pul) qoymuşdular. Amma nə Xocalılar, nə də onu tanıyan digər insanlar Felmarı ermənilərə satmayıb".
Xocalıda böyüyüb, orta məktəbin ilk illərini orda oxuyan Sara Rzayeva isə, ermənilərin son illər daha radikal və kəskin hərəkətlərinin şahidi olduğunu deyir. Cəmi 13-14 yaşı olmasına baxmaraq, sinif yoldaşları ilə ermənilərə qarşı gizli planlar qurduqlarını deyir. Ailəsindən, xüsusən də atasından eşitdikləri onu ermənilərə qarşı daha aqressiv formalaşdırıb.
“Atam bizi elə böyütmüşdü ki, hamımız o günə hazır idik. Hamımız tüfəng ata bilirdik və qumbaralarımız var idi”.
Xocalı hər zaman ermənilər üçün bir istinad olduğunu və daima oranı ələ keçimək istədiyini deyən Nuridə Zamanova həmin günləri həyatı üçün ağır anlardan sayır. O, son illər Qarabağın ətrafında baş verən hadisələrin bu faciənin əsasını qoyduğunu deyir.
"Xankəndində işləyirdim. Avtobusa minəndə bizə pis-pis baxırdılar. Ondan sonra işə getmədik”.
Xocalı bir şəhərin, bir ölkənin, bir millətin yox, bəşəriyyətin faciəsidir. Amma dünya ictimaiəti bəşər övladına qarşı tərədilən insanlıqdan uzaq bu hadisəyə, hələ də susur. Xocalıya ədalət, həm də dünyanın var oluşu üçün atılmalı olan addımlardandır. Bunun üçün isə, qətiyyətli və dürüst olmaq gərəklidir.