28 Fevral 2018 13:41
1 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyertin Türkiyə ilə bağlı səsləndirdiyi fikir Ankara tərəfinin qəzəbinə tuş gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy danışıb.

O bildirib ki, BMT Təhlükəsizlik Şurasının 2401 saylı qətnaməsi Suriya rejiminin dinc sakinləri qətlə yetirməsinə, xəstəxana, məktəb kimi dinc məqsədlər üçün istifadə edilən yerlərə qarşı hücumların qarşısının alınması, yardıma ehtiyacı olan şəxslərə kömək edilməsi üçündür:

“Türkiyə münaqişə tərəfi deyil. Türkiyə Suriyanın ərazi bütövlüyü çərçivəsində öz təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar həyata keçirir. Bu əməliyyatlar BMT-nin 51-ci maddəsinə tamamilə uyğundur.

ABŞ-a terrorçulara dəstək verən açıqlama yaymaq əvəzinə, rejimin məsum insanlara hücum etməsinin dayandırılması üçün fəaliyyət göstərməyi tövsiyə edirik”.

Qeyd edək ki, Noyert açıqlamasında Türkiyəni BMT TŞ-nın fevralın 24-də qəbul etdiyi Suriyada 30 günlük atəşkəsin elan edilməsi qərarını bir də oxumağı tövsiyə edib.


Müəllif: Samir

Oxşar xəbərlər