2 Mart 2018 08:57
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

02:15

Türkiyənin Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində daha 5 türk hərbçisi həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilir.

Bəyanatda deyilir: "Əməliyyat çərçivəsində 5 hərbçi həlak olub, 7 hərbçi isə yaralanıb".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

***

Türkiyə Silahlı Qüvvələri gecə saatlarında çox sayda türk əsgərinin şəhid olması ilə bağlı məlumatı təsdiqləyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məlumatda 100 nəfərdən ibarət PKK terrorçularından ibarət qrupun Afrində 1083 nömrəli təpəyə hücum etməsi nəticəsində şəhid olan türk əsgərlərinin sayının 8 olduğu bildirilib.

Hadisə zamanı 13 türk əsgəri ağır yaralanaraq, xəstəxanalara çatdırılıb.


Müəllif: Samir

Oxşar xəbərlər