7 Avqust 2014 15:27
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMAM Sədri Rufiz Qonaqov Pakistan səfiri Xalid Usman Qayser ilə görüşüb

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinıə Pakistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Xalid Usman Qayser ilə keçirilib. 6 avqust tarixində keçirilən görüşdə BMAM sədri Rufiz Qonaqov hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın vacibliyini, Pakistanın Azərbaycana dost və qardaş ölkə olduğunu vurğulayaraq Azərbaycanda vətəndaş cəmiyyətinin gündən-günə inkişaf etdiyindən, dövlətin vətəndaş cəmiyyətinə və beynəlxalq QHT-lərə verdiyi dəstəkdən danışmışdır.

Rufiz Qonaqov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə yaranmış Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Prezident Yanında Gənclər Fondu tərəfindən hər il yüzlərlə QHT maliyyə dəstəyi alır. Məhz dövlətinin bu dəstəyi sayəsində QHT-lər öz mövcudluqlarını qorumaqla fəaliyyətlərini daha da genişləndirirlər. Eyni zamanda Rufiz Qonaqov Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən prosesi, bu proseslərdə BMAM-ın mövqeyini, son günlər cəbhə xəttində erməni silahlı qüvvələrinin Azərbaycana qarşı həmlələrini, bu münaqişənin tezliklə ədalətli formada həll edilməsinin vacibliyini və beləliklə də Qafqaz regionunda stabilliyin bərqərar edilməsi zəruriliyini səfirin diqqətinə çatdırmışdır.

Pakistan səfiri Xalid Usman Qayser görüş üçün BMAM sədri Rufiz Qonaqova təşəkkür edərək belə əməkdaşlığın ölkələrin vətəndaş cəmiyyətləri arasında daha da gücləndirilməsini dəstəklədiyini bildirib. Diplomat BMAM-ın belə təşəbbüslərini alqışlamış və əməkdaşlıq üçün özünün rəhbərlik etdiyi səfirlik tərəfindən hərtərəfli dəstək veriləcəyini bəyan etmişdir.

Eyni zamanda Pakistan səfiri Azərbaycan-Pakistan arasındakı münasibətlərə də toxunaraq, 2 ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk 3 dövlətdən biri olduğunu, Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəklədiyini və dünyada Ermənistanı tanımayan yeganə dövlətin Pakistan olduğunu vurğulamışdır.

Görüşdə BMAM-ın sədr müavinləri Həbib Heydər və Eldar Orucov, idarə heyətinin üzvləri və Mərkəzin gənc üzvləri də iştirak etmişlər.

/ Strategiya.az/


Müəllif:

Oxşar xəbərlər