5 Mart 2018 10:17
4 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Ali dini lideri Əli Xameneyinin hərbi müşaviri general Yəhya Rəhim Səfəvi Suriyanın Afrin bölgəsində Türkiyənin keçirdiyi “Zeytun budağı” hərəkatına münasibət bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, türk əsgərlərinin bu fəaliyyətini “işğalçılıq” kimi qiymətləndirib.

Səfəvi Ankaranı dərhal Suriya torpaqlarında əməliyyatları dayandırmağa çağırıb.
Qeyd edək ki, “Zeytun budağı” hərəkatı yanvarın 20-dən başlayıb. Ankara bu hərəkatın Suriyanın ərazi bütövlüyü çərçivəsində Türkiyənin sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıdığını açıqlayıb.


Müəllif: Samir

Oxşar xəbərlər