8 Mart 2018 20:14
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada hümanitar fəlakətin yaşandığı Şərqi Quta ikiyə bölünüb.

Teleqraf.com CNN Türk-ə istinadən xəbər verir ki, insan fəlakəti yaşandığı Şərqi Qutaya Bəşər Əsədin hücumları davam edir.

Ən son məlumata görə, atəşkəs rejiminə baxmayaraq Suriya hökumət qüvvələrinin Şərqi Qutaya davamlı hücumları artıq ilkin nəticəni verib. Dəməşqin iddialarına görə, artıq Şərqi Quta ikiyə bölünüb.

Dəməşq həm qurudan, həm də havadan buradakı müxalif hərbi qüvvələrə zərbələr endirib. Rejimin məqsədi Qutanın qərbində yerləşən Məzraba qəsəbəsini ələ keçirərək müxalif silahlı gücləri iki hissəyə bölmək idi. Rusiyanın hava dəstəyi sayəsində Dəməşq Şərqi Qutanı ikiyə böldüyünü bəyan edib.

Ancaq silahlı müxalifət iddiaları təkzib edib.

Qeyd edək ki, bölgədə müxalifətin 15 minə yaxın hərbi qüvvələri mövcuddur.


Müəllif: Cavad

Oxşar xəbərlər