12 Aprel 2018 11:18
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqını prezident seçkiləri, Prezident İlham Əliyevi isə qələbə münasibəti ilə təbrik edirəm.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Bosniya-Herseqovinadan olan müşahidəçilər səsləndirib.

Bosniya-Herseqovina-Azərbaycan parlamenti dostluq qrupunun rəhbəri Predraq Kojul deyib ki, onlar Azərbaycan Milli Məclisinin dəvəti ilə 11 apreldə keçirilən prezident seçkilərini müşahidə edib:

“Seçkilər azad və şəffaf təşkil edilmişdi. Seçicilərin öz iradələrini ifadə etmək üçün maksimum şərait yaradılmışdı. Biz 11 seçki məntəqəsində olmuşuq. Həm komissiya üzvləri, həm müşahidəçilər, həm də seçicilərlə təmasda olduq. Təşkilatçılıq yüksək səviyyədə idi. Sevindirici hal odur ki, seçici fəallığı da yüksək səviyyədədir. Xüsusilə, gənclərin aktivliyini müşahidə etdik. Əlillərin, yaşlıların seçkilərdə səs verməsi üçün təşkilatçılıq bizdə xoş təəssürat yaratdı”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər