24 Aprel 2018 13:40
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər hansı bankın lisenziyası alınırsa, sahibkar bundan əziyyət çəkir. Əgər bankın lisenziyası alınıbsa, onun vətəndaşa ödəməli olduğu vəsaitin səlahiyyəti başqa bir banka verilməlidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Əli Məsimli “Müflisləşmə və iflas haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Millət vəkili bu problemlə bağlı konkret şikayətlərin olduğunu bildirib:

“Bu yaxınlarda Şəkidə bir sahibkar belə problemlə üzləşib. Belə ki, ona ödəniş etməli olan "Dəmirbank"ın lisenziyası alınıb. Sahibkarın orada olan pulu ala bilmirdi. Əgər bankın lisenziyası alınıbsaş onun bu səlahiyyəti başqa banka keçirilməlidir. Bu, yüzlərlə iş adamının müflis olmasının qarşısını ala bilər. İkinci məsələ, biz nə vaxt Azərbaycan vətəndaşlarının maliyyə sağlamlığı ilə məşğul olacağıq? 2015-ci ildə həyata keçirilən devalvasiya nəticəsində xeyli insan ziyan çəkdi. Onlar üçün nə edəcəyik? Bu yaxınlarda prezident vətən uğrunda şəhid olan şəxslərin ailəsinə 11 min manat birdəfəlik pulun ödənilməsi barədə sərəncam imzaladı. Elə etməyək ki, həmin 11 min manat pul kredit borclarının ödənilməsinə yönəlsin. Təklif edirəm ki, 3 min dollara qədər borcu olan şəhid ailələrinin, 150 manat təqaüd alan pensiyaçılarlın banklara olan borcları bağlansın”.

Millət vəkili "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin kifayət qədər yaxşı hazırlandığını bildirib: "Sağlamlaşma borcunun yenidən təşkil edilməsi əvəzinə ödəmə qabiliyyətinin bərpa edilməsi çox sayda izafi işləri aradan qaldıracaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər