25 İyun 2018 11:19
1 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun 100 illik yubileyi ilə əlaqədar keçiriləcək parada hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri iyunun 25-də Bakı şəhəri üzərində növbəti uçuşlar keçirib.

Teleqraf.com-un məlumatına görə, hərbi təyyarə və helikopterlər paradın son məşqini ediblər.

Hərbi təyyarələr paradda nümayiş etdiriləcək mürəkkəb aviaşouları yerinə yetiriblər.

Uçuşlar əsasən paradın keçiriləcəyi "Azadlıq" meydanının üzərindən olub.

Qeyd edək ki, Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi münasibətilə iyunun 26-da Bakıda parad keçiriləcək.


Müəllif: Teleqraf.com